Premyer Liqa klubu braziliyalı futbolçu ilə müqaviləni uzadacaq

Premyer Liqa klubu braziliyalı futbolçu ilə müqaviləni uzadacaq

Futbol üzrə Azərbaycan Premyer Liqasının debütantı “Araz-Naxçıvan” bu yay heyətinə cəlb etdiyi legionerlərdən Vanderson Kavalkante Melo ilə müqavilə müddətini uzatmağa hazırlaşır.

Mediasport.az saytına verilən məlumata görə, Muxtar Respublika klubunun baş məşqçisi Azər Bağırov rəhbərlikdən oyunundan razı qaldığı braziliyalı dayaq yarımmüdafiəçisinin komandada saxlanılmasını istəyib.

Cənubi amerikalının özü də komandada qalmağa müsbət yanaşıb. Başqa klubların maraq dairəsinə düşən 29 yaşlı "sambaçı"nın hazırkı anlaşması mövsümün sonuna qədərdir.

Böyük ehtimal, "Koritiba”, “Eskilstuna”, “Vitebsk”, “Çernomores”, “Panejevis”də çıxış etmiş Vanderson növbəti mövsümü də “Araz-Naxçıvan”da keçirəcək.