Azərbaycan çempionatında ilk finalçınin kimliyi məlum olub

Azərbaycan çempionatında ilk finalçınin kimliyi məlum olub

Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib.

Mediasport.az xəbər verir ki, yarımfinalın hər iki partiyasında Xəzər Babazadəni məğlub edən Aydın Süleymanlı həlledici raunda yüksəlib.

Yarımfinalın ikinci günündə Məhəmməd Muradlı Vüqar Rəsulovu üstələməklə ilk partiyadakı məğlubiyyətin əvəzini çıxıb (1:1). Bu gün M. Muradlı və V. Rəsulov arasında tay-breyk oynanılacaq.

Azərbaycan çempionatının mükafat fondu artırılaraq 30 min manata çatdırılıb.

Yarışın qalibi medal, diplomla təltif olunacaq və 12 min manat əldə edəcək.