Şəhriyar Məmmədyarov ardıcıl üçüncü görüşdə də məğlubiyyət aldı
Qrossmeyster Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində keçirilən "Norway Chess" turnirində növbəti oyununu keçirib.
mediasport.az xəbər verir ki, 38 yaşlı şahmatçımız 8-ci turu da məğlbiyyətlə başa vurub.
Əsas partiya heç-heçə olduğundan, Məmmədyarov yerli şahmatçı, keçmiş dünya çempionu Maqnus Karlsenə Armageddonda uduzub. Bu, təmsilçimizin ardıcıl 3-cü məğlubiyyəti olub. Şəhriyar hər 3 yenilgini Armageddonda alıb.
Şahmatçımız hazırda 10 xalla 8-ci pillədə qərarlaşıb, lider Fabiano Karuanadan (ABŞ) 6 xal geri qalır. O, sonuncu tur çərçivəsində bu gün Niderland təmsilçisi Aniş Giri ilə üz-üzə gələcək.
“Norway Chess”də reqlamentə əsasən, birbaşa qələbəyə görə 3 xal verilir. Heç-heçə olacağı təqdirdə rəqiblər armageddonda qarşılaşırlar. Bu halda qalib 1.5, məğlub olan tərəf isə 1 xal əldə edir.