Azərbaycan klubu nigeriyalı futbolçu ilə müqavilə bağlayıb
Futbol üzrə Azərbaycan 1-ci Liqasında mübarizə aparan "Araz Saatlı" heyətini yeni futbolçu ilə gücləndirib.
Mediasport.az xəbər verir ki, bölgə təmsilçisi ötən həftədən baxışda olan nigeriyalı vinger Şequn Ezekiel Omotoşo ilə müqavilə bağlayıb.
Afrikalı futbolçu ilə anlaşma mövsümün sonuna qədər nəzərdə tutulub.
19 yaşlı futbolçu buna qədər Nigeriya 1-ci Liqasında "Coy Komet"in heyətində çıxış edib.
Şequn sabah "Mingəçevir"ə qarşı keçiriləcək oyunda komandanın heyətində 15 nömrəli forma ilə debüt edəcək.