8 cüdoçumuz üçün medal şansı - "Böyük Dəbilqə"yə yekun vurulur
Bakıda keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turniri bu gün başa çatdırılacaq.
Mediasport.az xəbər verir ki, sonuncu yarış günündə turnirə 32 cüdoçu ilə qatılan Azərbaycanın 8 idmançısı medal qazanmağa çalışacaq.
Nigar Süleymanova (+78 kq), Murad Fətiyev (90 kq), Elcan Hacıyev (90 kq), Vüqar Talıbov (90 kq), Zelim Kotsoyev (100 kq), Əjdər Bağırov (100 kq), Camal Qamzatxanov (+100 kq) və Kənan Nəsibov (+100 kq) döyüşə atılacaq.
Əvvəlki iki gündə ölkəmiz aktivinə 5 medal yazdıra bilib.
Hidayət Heydərov (73 kq) və Zelim Tçkayev (81 kq) qızıl medal əldə ediblər, Ömər Rəcəbli (81 kq) ikinci, Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) isə üçüncü yeri tutublar.