Bakıda bürünc medal qazanmış idmançı qəfil dünyasını dəyişib

Bakıda bürünc medal qazanmış idmançı qəfil dünyasını dəyişib

2016-cı ildə Bakıda keçirilmiş “Böyük dəbilqə” turnirində medal qazanmış kubalı cüdoçu Mariset Espinoza dünyasını dəyişib.

Mediasport.az xəbər verir ki, 34 yaşlı idmançı qəfil infarktdan vəfat edib.

Kuba tarixinin ən güclü cüdoçularından olmuş Espinoza 63 kq çəkidə Panamerika Oyunlarının ikiqat qalibidir.

Çin, ABŞ, Yaponiya, Braziliya, Belçika, Panama və İtaliyadakı beynəlxalq yarışlarda mükafatçılar sırasına düşən cüdoçu Azərbaycandakı "Böyük dəbilqə"də fəxri kürsünün üçüncü pilləsinə qalxıb.