Cüdoçumuz Sofiyada Avropa çempionatında qızıl medal qazandı
Bolqarıstanın paytaxtı Sofiya şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatı start götürüb.
Mediasport.az xəbər verir ki, ilk yarış günündə idmançılarımız 1 qızıl və 1 bürünc medal qazanıblar.
Başlanğıcda qızlar və oğlanlar arasında 6 çəki dərəcəsində 9 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.
-50 kq. çəkidə Bahadır Feyzullayev bütün rəqiblərinə qalib gələrək Avropa çempionu titulunu qazanıb.
Eyni çəki dərəcəsində yarışan Məhəmmədəli Hüsiyev bürünc medal əldə edib.
-60 kq. çəkidə Nihad Rəhimov və -48 kq. çəkidə Diana Eldarova yarışı 5-ci yerdə tamamlayıb.