Avropa çempionatında medal qazanan atıcılar Vətənə qayıdıblar
Macarıstanın Dyör şəhərində keçirilmiş güllə atıcılığı üzrə Avropa çempionatında uğurla çıxış edən gənclərdən ibarət Azərbaycan millisi Vətənə dönüb.
Mediasport.az xəbər verir ki, idmançıları Heydər Əliyev Hava Limanında federasiyasının vitse-prezidenti Zemfira Meftahətdinova, Bakı Atıcılıq Mərkəzinin direktoru Tamirlan Hacıyev, federasiya rəsmiləri, media nümayəndələri, məşqçilər, atletlər və ümumi işçi kollektivi qarşılayıblar.
Qeyd edək ki, Azərbaycan yığması turnirdə üç bürünc medal qazanıb.
Leyli Əliyeva və Vladislav Kalmıkov qarışıq, Hacı Musayev, Vladislav Kalmıkov və İmran Qarayevdən ibarət kollektiv komanda yarışında, Sofiya Barxalova, Leyli Əliyeva və Zeynəb Sultanovadan ibarət komanda isə trio yarışında 3-cü yeri tutublar.