Dünya reytinqi: Azərbaycan millisi sıralamada 8-ci yerdə qərarlaşıb

Dünya reytinqi: Azərbaycan millisi sıralamada 8-ci yerdə qərarlaşıb

Minifutbol üzrə milli komandaların yeni dünya reytinq siyahısı açıqlanıb.

Mediasport.az xəbər verir ki, dünya çempionatının başlamasına bir neçə gün qalmış açıqlanan cədvəldə Azərbaycan milli komandası ilk "10-luq"da qərarlaşıb.

Son Avropa çempionları hazırda dünyanın 8-ci yığmasıdır. Komandamızın aktivində 2000 xal var.

Reytinqə 3125 xalla Meksika başçılıq edir. İlk 3-lükdə Rumıniya (3112,5) və Çexiya (2700) komandaları yer alılar.

Sıralamada Braziliya 5-ci (2287), Macarıstan (2275), Slovakiya (1700), Ukrayna (1450), Serbiya (1375) və Çili (1362,5) müvafiq yerləri tuturlar.

Sayca 4-cü dünya çempionatı oktyabrın 26-dan noyabrın 4-dək Ras Əl-Xaymə şəhərində (BƏƏ) keçiriləcək. Azərbaycan millisi Küveyt, Misir və İraq komandaları ilə birlikdə G qrupunda mübarizə aparacaq.