Qızlardan ibarət millimiz Avropa çempionatında mübarizəyə başlayır
16 yaşadək qızlardan ibarət basketbol üzrə Azərbaycan millisi Avropa çempionatında mübarizəyə başlayır.
MediaSport.az xəbər verir ki, komanda 18-23 iyul tarixlərində Andorrada təşkil olunacaq qitə birinciliyinin “C” divizionunda çıxış edəcək.
B qrupunda qərarlaşan U-16 Andorra, Albaniya və Moldova seçmələrinə qarşı mübarizə aparacaq. Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi milli qrupdakı ilk oyunu iyulun 18-də yerli komandaya qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
Qeyd edək ki, Avropa çempionatının bütün oyunları FIBA-nın rəsmi “youtube” hesabından canlı yayımlanacaq.