Azərbaycan Kubokunda PÜŞK: 16 komanda mübarizə aparacaq

Azərbaycan Kubokunda PÜŞK: 16 komanda mübarizə aparacaq

Futzal üzrə Azərbaycan Kubokunun püşkü atılıb.

Mediasport.az xəbər verir ki, yarışda Yüksək Liqanın 6, Birinci Liqanın 10 komandasının mübarizə aparacaq və qalib bir oyunda müəyyənləşəcək.

Əsas vaxt heç-heçə bitərsə, tərəflər hər biri 5 dəqiqədən ibarət iki hissədə oyunu davam etdirəcəklər. Bu dəfə də üstünülk əldə olunmasa, penaltilər seriyasına yer veriləcək. Hər kollektiv 5 penalti vurmaq imkanı qazanacaq.

Bu mərhələnin matçları fevralın 10-da və 11-də, final oyunu isə mayın 7-də keçiriləcək.

Azərbaycan Kuboku. 1/8 final

1. "Baku Fire" - "Dalğa"

2. "Araz-Naxçıvan" - "Record club"

3. PFL - "Metropoliten"

4. "Neftçi" İK - "Timsport"

5. "STAR kargo" - "Yasamal Bakı"

6. "Trabzon Azərbaycan" - "Bakı"

7. "Xan-Lənkəran" - "Baku Fire-2"

8. "Dəstə Ordubad" - U-19

1/4 final

9. 1-ci cütün qalibi - 8-ci cütün qalibi

10. 2-ci cütün qalibi - 7-ci cütün qalibi

11. 3-cü cütün qalibi - 6-cı cütün qalibi

12. 4-cü cütün qalibi - 5-ci cütün qalibi

Yarımfinal

9-cu cütün qalibi - 12-ci cütün qalibi

10-cu cütün qalibi - 11-ci cütün qalibi