Azərbaycan milli komandası beynəlxalq turnirdə yarışacaq

  Azərbaycan milli komandası beynəlxalq turnirdə yarışacaq

Azərbaycanın minifutbol üzrə milli komandası Monteneqroda keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.

Mediasport.az xəbər verir ki, yarışda yığmamızla yanaşı, son dünya çempionu Rumıniya, Bosniya və Herseqovina, Albaniya və Monteneqro da mübarizə aparacaq.

Çempionat 30 aprel - 1 may tarixlərində keçiriləcək.

Azərbaycanın turnirdən əvvəl Monteneqronun Herseq Novi şəhərində 1 həftəlik təlim-məşq toplanışı nəzərdə tutulub.