Milli komandamızın Avropa çempionatı üçün heyəti açıqlanıb

Milli komandamızın Avropa çempionatı üçün heyəti açıqlanıb

İyunun 1-də start götürəcək mini-futbol üzrə Avropa çempionatında iştirak edəəcək Azərbaycan millisinin heyəti açıqlanıb.

Mediasport.az xəbər verir ki, yığmamız Bosniya və Herseqovinada təşkil olunacaq qitə birinciliyinə 18 futbolçu ilə yollanacaq.

Baş məşqçi Elşad Quliyev heyətə ən çox oyunçu son çempion "Birbaşa Bakı"dan dəvət edib.

Qapıçılar: Davud Kərimi (“Zirə”), Vəli Qafarov (“Birbaşa Bakı”);

Müdafiəçilər: Müseyyib Vəliyev (“Birbaşa Bakı”), Tural Məmmədrzayev (“Odlar Yurdu”), Cəfər Cəfərov (“Birbaşa Bakı”), Taleh Babayev (“Zirə”);

Yarımmüdafiəçilər: Elvin Əlizadə (“Birbaşa Bakı”), Mirmehdi Rzayev (“Birbaşa Bakı”), Vüsal İsayev (“Birbaşa Bakı”), Təmkin Xəlilzadə (“Birbaşa Bakı”), Ramiz Çovdarov (“Zirə”), Kamran Qürbətov (“Aznur”), Mikayıl Əliyev (“Zirə”);

Hücumçular: Eşqin Tağıyev (“Birbaşa Bakı”), Samir Həmzəyev (“Zirə”), Bəxtiyar Soltanov (“Odlar Yurdu”), Seymur Məmmədov (“Zirə”), Rəvan Kərimov (“Zirə”).

Milli komandamız iyunun 8-də başa çatacaq yarışın F qrupunda yer alıb. Rəqiblər Fransa, İtaliya və Belçika yığmaları olacaq.