Reytinq cədvəli açıqlandı: Azərbaycan yığması 5-ci pilləyə yüksəldi

Reytinq cədvəli açıqlandı: Azərbaycan yığması 5-ci pilləyə yüksəldi

Dünya Mini-futbol Federasiyası (WMF) milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

MediaSport.az xəbər verir ki, milli komandamız 5-ci pilləyə yüksəlib.

Ötən il Avropa çempionu olan komandamızın aktivində 2000 xal var.

Reytinq cədvəlinə son dünya çempionu Meksika yığması başçılıq edir. Çexiya futbolçuları 2-ci, rumınlar isə 3-cü pillədə qərarlaşıblar.