Turun bütün qarşılaşmalarında "quru hesablar" qeydə alınıb
Qadın voleybolçular arasında Azərbaycan çempionatında 2-ci turun oyunları baş tutub.
Mediasport.az xəbər verir ki, əvvəlcə “Murov Az Terminal” “Milli Aviasiya Akademiyası”nın komandası ilə qarşılaşıb.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan görüş birincilərin asan qələbəsilə yekunlaşıb - 3:0.
“Abşeron” - UNEC matçında da meydan sahiblərinin "quru hesablı" qələbəsi rəsmiləşib.
Turun növbəti dueli Gəncə Olimpiya İdman Kompleksində debütant “Gəncə” ilə son ölkə çempionu “Azərreyl” arasında keçirilib. "Dəmiryolçular" səfərdə 3:0 hesablı qələbə qazanıblar.
2 turdan sonra “Murov Az Terminal” 6 xalla turnir cədvəlinə başçılıq edir. Eyni xala malik "Abşeron" rəqibindən set fərqinə görə geri qalır. “Azərreyl” və “Milli Aviasiya Akademiyası” komandalarının aktivində 3 xal var. "Gəncə” və UNEC isə 0 xalla 5-6-cı pillələrdə qərarlaşıblar.