Millimiz Türkiyəyə yollandı

  Millimiz Türkiyəyə yollandı

Çimərlik voleybolçularımız "Bioderma Pro Beach Tour" açıq çempionatında iştirak etmək üçün Türkiyəyə yola düşüb.

Mediasport.az xəbər verir ki, turnirdə ölkəmizi 3 qadın (Səbinə Əlizadə/Lizi Latsabidze; Nərmin Səmədzadə/Fidan Əhmədxanov; Larisa Smetsova/Çinarə Quliyev) və üç kişi komandası (Vadim Kutukov/Heydər Məmmədli; Nəriman Bayramlı/Muhammad Aslanlı; İbrahim Məmmədov/Aqşin Ağazadə) təmsil edəcək.

Oğlanlar İqor Olefirin, qızlar isə Nihad Tanrıverdiyevin baş məşqçiliyi ilə yarışacaqlar.

Açıq çempionat 4-9 sentyabrda Mersində keçiriləcək və iştirak edən komandalar FİVB reytinq xalları qazanacaq.