"Azərbaycan voleybolunun inkişafına töhfə verəcəyik"
“Dəvət üçün hər birinizə təşəkkür edirəm. Biz Azərbaycan voleybolunun inkişafına müəyyən töhfə verəcəyik”.
Mediasport.az xəbər verir ki, bu sözləri Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Aleksandar Boriçiç voleybol üzrə Azərbaycan çempionatının 2023/2024-cü illər mövsümünün açılışından əvvəl keçirilən mətbuat konfransında qeyd edib.
O, Azərbaycanda voleybolun inkişafına dəstək olduğu üçün Prezident İlham Əliyevə minnətdarlığını bildirib: “Uzun müddətdən sonra bir araya gəlmişik. Azərbaycan məktəblərində voleybolun inkişaf etdirilməsi baxımından da müəyyən işlər görüləcək”.
Azərbaycan və Türkiyə Voleybol Federasiyaları arasında müqavilə imzalandığını söyləyən funksioner anlaşmanın hər iki ölkədə bu idman növünün inkişafına kömək edəcəyini vurğulayıb.