UEFA Millətlər Liqası: Yığmamız Kipr seçməsinə qarşı

 UEFA Millətlər Liqası: Yığmamız Kipr seçməsinə qarşı

Bu gün qadın futbol üzrə Azərbaycan millisi Millətlər Liqasının C3 qrupunda ilk oyununu keçirəcək.

Mediasport.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv doğma meydanda Kipr millisini qəbul edəcək.

Qrupun digər matçında isə Farer adaları və Monteneqro üz-üzə gələcək.

17:00 Azərbaycan - Kipr 

Baş hakim: Yelena Qobjila (Moldova)

Bakı, "Dalğa Arena" stadionu.