Azərbaycan çempionatı: "Qarabağ" və "Azəryol"dan darmadağın

Azərbaycan çempionatı: "Qarabağ" və "Azəryol"dan darmadağın

Həndbol üzrə 30-cu Azərbaycan çempionatında 9-cu tura start verilib.

Mediasport.az xəbər verir ki, turun birinci oyun günü qadınların mübarizəsi ilə yadda qalıb.

"Qarabağ" "İdman Akademiyası"nı (40:17), "Azəryol" isə "Bakı"nı (44:10) məğlub edib.

Qadınların yarışında turun son görüşü fevralın 4-də baş tutacaq və həmin gün "Kür" "Gənclər Birliyi"ni sınağa çəkəcək.

Xatırladaq ki, kişilər arasında ölkə çempionatının 9-cu turunun oyunları fevralın 3-4-də baş tutacaq.