Avropa Kuboku: "Azəryol" bu gün 2-ci mərhələnin ilk görüşünə çıxacaq
Qadın həndbolçulardan ibarət "Azəryol" bu gün avrokuboklarda mübarizəyə start verir.
Mediasport.az xəbər verir ki, təmsilçimiz Avropa Kubokunun 2-ci mərhələsində birinci oyununa çıxacaq.
Bakı klubu "Qaliçanka" (Ukrayna) ilə üz-üzə gələcək. Hər iki qarşılaşma paytaxtımızda baş tutacaq.
"Azəryol" ilk oyunda meydan sahibi sayılacaq. Cavab oyunu sabah keçiriləcək.
Avropa Kuboku. 2-ci mərhələ. İlk oyun
5 oktyabr
17:00 "Azəryol" (Azərbaycan) - "Qaliçanka" (Ukrayna)
Hakimlər: Stefan İvanoviç, Marko Vuyisiç (hər ikisi Monteneqro).
Bakı, Azərbaycan.