Azərbaycan milli komandasının heyəti müəyyənləşdi - Avropa çempionatı
Qadınlar arasında keçiriləcək voleybol üzrə Avropa çempionatına hazırlaşan Azərbaycan yığmasının yekun heyəti açıqlanıb.
mediasport.az xəbər verir ki, millimizin türkiyəli baş məşqçisi Ataman Güneyligil ilk "15-liy"i müəyyənləşdirib.
Ülkər Kərimova və Şəfaqət Alışanova əvvəlki heyətdən çıxarılıb.
Hücumçular: Polina Rəhimova, Odina Əliyeva, Yelizaveta Ruban, Marqarita Stepanenko, Nikalina Başnakova,
Blokçular: Ayşən Abduləzimova (k), Olena Xarçenko, Aynur İmanova, Mariya Kirilyuk, Anastasiya Mertsalova, Kseniya Pavlenko.
Oyunqurucuları: Kristina Besman, Yana Doroşenko,
Liberolar: Yuliya Kərimova, Bəyaz Quluyeva.
Baş məşqçi: Ataman Güneyligil
Qeyd edək ki, Azərbaycan millisi Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə birlikdə C qrupunda mübarizə aparacaq. Komanda ilk qarşılaşmasını avqustun 18-də Çexiyaya qarşı keçirəcək. Sentyabrın 3-də başa çatacaq Avropa çempionatına Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edir.