Azərbaycan millisi Ankarada Türkiyə yığması ilə qarşılaşıb

Azərbaycan millisi Ankarada Türkiyə yığması ilə qarşılaşıb

Azərbaycan amputant millisi Avropa çempionatına hazırlıq məqsədilə Türkiyənin Ankara şəhərində təlim-məşq toplanışında olub.

Mediasport.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Yığmamız Türkiyə komandası ilə yoldaşıq matçı keçirib.

Qeyd edək ki, qitə birinciliyi iyunun 1-8-i aralığında Fransada təşkil olunacaq.

Azərbaycan yığması C qrupunda Türkiyə, İrlandiya və İsrail milliləri ilə mübarizə aparacaq.