“Vüqar Həşimov Memorialı-2022”də blits yarışları başlanılıb
“Vüqar Həşimov Memorialı-2022” VIII beynəlxalq şahmat turnirində blits yarışlarına start verilib.
mediasport.az xəbər verir ki, yarış günündə 9 tur oynanılıb.
Rapid turnirinin və blits yarışlarının 9 turunun yekunlarına əsasən, özbəkistanlı Nodirbek Abdusattorov 20 xalla turnir cədvəlində liderliyini davam etdirir. İspaniya təmsilçisi Fransisko Valyexo Pons 16,5 xalla ikinci pillədə qərarlaşıb. Şəhriyar Məmmədyarov, Rauf Məmmədov 15 xalla 3-4-cü, Rumıniya təmsilçisi Riçard Rapport, çinli Van Hao 14 xalla 5-6-cı pilləni bölüşürlər. Hesabında 12,5 xal olan ABŞ idmançısı Semuel Şenklend 7-ci yerdədir. Abdulla Qədimbəyli 10 xalla səkkizincidir. Aydın Süleymanlı və hindistanlı Qukeş Dommaraku 9 xalla 9-10-cu pillədə qərarlaşıblar.
Bu gün daha daha 9 tur keçiriləcək. Turnirin qalibi rapid və blits yarışlarının yekun nəticələrinə görə müəyyənləşəcək.