"Sabah" "Xırdalan"a uduzdu
Azərbaycan Basketbol Liqasında 9-cu tura start verilib.
mediasport.az xəbər verir ki, ilk oyun günü bir matç keçirilib.
Çempionluğa iddialılar - "Sabah"la "AAAF Xırdalan"ın qarşıdurması xeyli gərgin və maraqlı alınıb. Yekunda qazanan tərəf 2 xal fərqi ilə xırdalanlılar olub - 84:82. Görüşün ən məhsuldar basketbolçuları "AAAF Xırdalan BK"dan Endryu Korum (32 xal, 17 ribaund), "Sabah"dan isə Entoni Patti (23 xal, 12 ribaund) seçilib.
Turun "NTD BK" - "Olimpik" (Şəki), "Neftçi" İK - "Sərhədçi", "Gəncə"" - "Zirvə" (Astara" oyunları 10-11 dekabr tarixlərində baş tutacaq.