"Böyük dəbilqə"də ilk gün: 8 cüdoçumuzdan yalnız bir medal
Azərbaycan cüdoçuları Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən Böyük Dəbilqənin ilk gününü uğursuz başa vurublar.
Mediasport.az xəbər verir ki, yalnız 48 kq-da çıxış edən Leyla Əliyeva bürünc medal qazanıb.
Digər təmsilçilərimiz - 52 kq çəkidə Gültac Məmmədəliyeva və Aydan Vəliyeva, 57 kq-da Fidan Əlizadə, həmçinin, kişilərin mübarizəsində 60 kq-da Rövşən Əliyev, Əhməd Yusifov, 66 kq-da isə Kəramət Hüseynovla Ruslan Paşayev ümidləri doğrultmayıblar.