Renat Dadaşov mövsümün son oyununda qol ötürməsi ilə yadda qaldı

Renat Dadaşov mövsümün son oyununda qol ötürməsi ilə yadda qaldı

Futbol üzrə İsveçrə Super Liqasında 2022/2023-cü illər mövsümünün sonuncu - 36-cı turunun oyunları keçirilib.

mediasport.az xəbər verir ki, milli komandamızın hücumçusu Renat Dadaşovun şərəfini qoruduğu “Qrasshopper” səfərdə “Bazel”in qonağı olub və 1:3 hesabı ilə uduzub.

77-ci dəqiqədə meydana çıxan yığmamızın 24 yaşlı forvardı komandasının yeganə qolunun ötürmə müəllifi olub. 36 turdan sonra 44 xal toplayan "Qrasshopper" mövsümü 10 komanda arasında 7-ci pillədə başa vurub.