Gimnastlarımız Portuqaliyadakı Dünya Kubokunda qızıl medal qazandı

Gimnastlarımız Portuqaliyadakı Dünya Kubokunda qızıl medal qazandı

Portuqaliyanın Maya şəhərində akrobatika gimnastikası üzrə Dünya Kuboku yarışı keçirilib.

mediasport.az xəbər verir ki, ölkəmizi təmsil edən akrobatika gimnastlarımız - Ağasif Rəhimov-Raziya Seyidli qarışıq cütlüyü uğurlu çıxışla yadda qalıb.

İdmançılarımız qarışıq hərəkətlərdə bütün rəqiblərini qabaqlayaraq qızıl medala layiq görülüblər.

Cütlük ötən il eyni yarışda bürünc medal qazanmışdı.