Ukraynada "Neftçi"nin iştirak etdiyi turnir barədə rəsmi BƏYANAT yayıldı
Ukrayna Futbol Assosiasiyası Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Matç TV Kuboku”nun iştirakçıları barədə bəyanat yayıb.
MediaSport.az xəbər verir ki, federasiya paylaşdığı etirazla yarışda iştirak edən “Neftçi”, “Srvena Zvezda” (Serbiya) və “Fənərbağça” (Türkiyə) klublarını qınayıb:
“Ukrayna Futbol Assosiasiyası “Neftçi” (Bakı), “Srvena Zvezda” (Serbiya) və “Fənərbağça” (Türkiyə) komandalarının Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən yoldaşlıq turnirində iştirakını qətiyyətlə pisləyir. Bir daha Avropanın və bütün dünyanın futbol ictimaiyyətinə xatırladırıq ki, Rusiyada futbol həmişə yerli kriminal rejimin təbliğat vasitəsi kimi istifadə olunub.
Uzun illərdir ki, bu təbliğat və futbol onun ayrılmaz atributu kimi Ukraynaya qarşı işləyir və Ukraynada hər şeyi məhv etmək məqsədi daşıyır. Rusiya Futbol İttifaqı nə rus qoşunlarının Ukrayna ərazisinə ilk dəfə hücum etdiyi 2014-cü ildən, nə də genişmiqyaslı işğalın başladığı 24 fevral 2022-ci ildən sonra Rusiyanın kriminal avtoritetlərinin hərəkətlərini pisləmir. Bu da yalnız belə şərh edilə bilər: Rusiya Federasiyasının Ukraynaya qarşı bütün cinayətlərə səssiz dəstəyi.
Ukrayna Futbol Assosiasiyası dəfələrlə UEFA-ya, FİFA-ya, Avropa və dünyanın futbol ictimaiyyətindən olan bütün tərəfdaşlarına Rusiya komandalarının, o cümlədən Rusiya ərazisində keçirilən futbol yarışlarında iştirakının, habelə Rusiyaya səfərlərinin və yarışlarda iştirakının qarşısını almaq üçün müraciət edib".
İyulun 1-də start götürən turnirdə sözügedən klublarla yanaşı, Rusiyanın “Zenit” komandası da iştirak edir. Yarışa iyulun 15-də yekun vurulacaq.