Zorakılıqda ittiham edilən məşhur futbolçu İLK dəfə etiraf edib
"Barselona"nın sabiq müdafiəçisi Dani Alveş cinsi zorakılıq ittihamı ilə bağlı təqsirkar bilindikdən sonra ilk dəfə sərxoş olduğunu etiraf edib.
Mediasport.az xəbər verir ki, onun bu addımı fevralda baş tutacaq məhkəmədə cəzasının azaldılmasına səbəb ola bilər.
Alveşin agenti İnes Qvardiola spirtli içki qəbulu nəticəsində futbolçunun düşünmək qabiliyyətini zəiflətdiyini və etdiyi hərəkətlərdən xəbərsiz olduğunu deyib.
2023-cü ilin yanvarın 20-də Alveşin İspaniyada cinsi zorakılıq ittihamı ilə saxlanıldığı məlum olub. Həmin vaxtdan o, həbsdədir.
Dani özü ona qarşı irəli sürülən ittihamları rədd etdiyini bildirib.
Xatırladaq ki, braziliyalı karyerası ərzində "Sevilya", "Barselona", "Yuventus", PSJ və "Sao Paulo"da çıxış edib.
Son komandası Meksika təmsilçisi "Pumas" idi və klub təcavüzdə ittiham olunan oyunçu ilə müqaviləni ləğv edib.