Azərbaycan Premyer Liqasında sonuncu turun oyun cədvəli açıqlandı

Azərbaycan Premyer Liqasında sonuncu turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında sonuncu - 36-cı turun oyun cədvəli açıqlanıb.

mediasport.az xəbər verir ki, iki günü əhatə edəcək turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

2022/2023-cü illər mövsümünün qalibi “Qarabağ”, həmçinin 2-ci və 3-cü yerləri tutmuş “Sabah”la “Neftçi” də medallarını “Azersun Arena”da təşkil olunacaq mükafatlandırma mərasimində alacaq.


Azərbaycan Premyer Liqası. 36-cı tur


27 may (şənbə)


17:30. “Sumqayıt” – “Zirə”

“Kapital Bank Arena”


17:30. “Qəbələ” – “Kəpəz”

Qəbələ şəhər stadionu


20:00. “Səbail” – “Şamaxı”

“ASCO Arena”


28 may (bazar)


17:00. “Neftçi” – “Sabah”

“Bakcell Arena”


19:30. “Qarabağ” – “Turan Tovuz”

“Azersun Arena”