Konfrans Liqasında oynayacaq Superliqa klubu Mahir Emrelini istəyir
Ötən mövsümün ikinci yarısını Türkiyə Superliqasında keçirən Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli yenidən bu ölkədə çıxış edə bilər.
MediaSport.az xəbər verir ki, son 6 ayı "Konyaspor"da oynamış Zaqreb "Dinamo"sunun hücumçusunun xidmətində bu dəfə daha iddialı klub - "Adana Dəmirspor" maraqlıdır.
UEFA Konfrans Liqasında iştirak edəcək Patrik Kluyvertin komandası 26 yaşlı forvardı müqavilə ilə məxsus olduğu Xorvatiya klubundan icarəyə götürmək istəyir.
Qeyd edək ki, Mahir "Konyaspor"un heyətində 12 oyun keçirib, 2 qol vurub.