Azərbaycan şahmatçıları yenə ilk "10-luğ"a düşə bilmədilər
Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.
mediasport.az xəbər verir ki, ötən siyahıda olduğu kimi, bu dəfə də ilk "10-luq"da Azərbaycanın heç bir təmsilçisi yer almayıb.
Teymur Rəcəbov 2747 xalla 11-ci, Şəhriyar Məmmədyarov 2740 xalla 14-cü pillədə qalıb. Qədir Hüseynov (2661) iki pillə irəliləyərək 84-cü yeri tutub. Rauf Məmmədov və Nicat Abbasov "100-lük"dən uzaqlaşıb.
Siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen (2859) başçılıq edir. Çinli Liren Dinq (2811) ikinci, rusiyalı Yan Nepomnyaşi (2793) üçüncü yerdədir.
Qadın şahmatçılardan Günay Məmmədzadə (2472) 21-ci, Ülviyyə Fətəliyeva (2428) 38-cidir. İtaliyanın Sardiniya adasında gənclər arasında dünya çempionu olan Gövhər Beydullayeva 2387 xalla 63-cü sıradadır. Xanım Balacayeva (2379) 71-ci, Gülnar Məmmədova isə (2376) 76-cı pillədə qərarlaşıb.