Gənclər və idman naziri Fərid Qayıbov Fatih Terimlə görüşdü

Gənclər və idman naziri Fərid Qayıbov Fatih Terimlə görüşdü

Gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan türkiyəli futbol mütəxəssisi Fatih Terimi qəbul edib.

Mediasport.az xəbər verir ki, nazir qonağa ölkəmizdə idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib.

Görüş zamanı Türkiyə və Azərbaycanda futbolun hazırkı vəziyyəti və uşaq futbolunun inkişafı yolları müzakirə edilib.

COP29 çərçivəsində "Qarabağ" Futbol Klubunun təşəbbüsü ilə təşkil olunacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansın yaradılması ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə "Qalatasaray"ın 2-ci prezidenti İbrahim Hatipoğlu, İdarə Heyətinin üzvü Emin İmanov, Fatih Terimin köməkçisi Eray Sözən, "Qarabağ"ın baş direktoru Əmrah Çelikəl və İdarə Heyətinin üzvü Asif Əsgərov da iştirak ediblər.