Azərbaycan taekvondoçusu Olimpiya Oyunlarının finalına çıxdı!

Azərbaycan taekvondoçusu Olimpiya Oyunlarının finalına çıxdı!

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında finala vəsiqə qazanıb.

Mediasport.az xəbər verir ki, 58 kq çəki dərəcəsində yarışan idmançı yarımfinalda italiyalı Vito Dellakvila ilə qarşılaşıb.

Hər iki hissədə rəqibindən üstün olan Maqomedov 2:0 (9:4, 11:1) hesablı qələbə qazanıb.

Bu nəticədən sonra taekvondoçumuz ən azı gümüş medalı özü üçün təmin edib.

Qaşımın finaldakı rəqibi Cənubi Koreyalı Park Taejoon olacaq. Görüş Bakı vaxtı ilə saat 23:37-də başlanacaq.

İndiyədək cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar.

Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş mükafatı qanrantiləyib.