Olimpiya Oyunları: İdmançımızın 1/4 final rəqibləri müəyyənləşib

Olimpiya Oyunları: İdmançımızın 1/4 final rəqibləri müəyyənləşib

Azərbaycan avarçəkəni Diana Dımçenkonun Paris-2024 Yay Olimpiya Oyunlarında növbəti rəqibləri müəyyənləşib.

Mediasport.az xəbər verir ki, təmsilçimiz birinci zolaqda 3-cü qrupda yarışacaq.

Ukraynalı legionerimizin “altılıq”da rəqibləri Aureliya-Maksima Katarina Yanzen (İsveçrə), Emma Tviq (Yeni Zelandiya), Virciniya Dias Rivas (İspaniya), Yovana Arsiç (Serbiya) və Coani Delqado (Filippin) olacaq.

İlk üç yerin sahibi A/B, digər üç olimpiyaçı C/D yarımfinalına qatılacaq.

1/4 final mərhələsi iyulun 30-da baş tutacaq.

Mübarizəyə Bakı vaxtı ilə saat 11:30-da start veriləcək.

A/B yarımfinalları avqustun 1-də, C/D yarımfinalları iyulun 31-də keçiriləcək.