Paris-2024: Azərbaycan medal sıralamasında neçənci yerdədir?

Paris-2024: Azərbaycan medal sıralamasında neçənci yerdədir?

Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunları davam edir.

Mediasport.az xəbər verir ki, 5-ci gündün keçirilən 4-illiyin zirvə yarışında medal sıralaması artıq aktuallaşıb.

Azərbaycan da, nəhayət, adını medal qazanan ölkələr siyahısına əlavə etdirib.

73 kq-da yarışan cüdoçumuz Hidayət Heydərov ölkəmizin aktivinə qızıl medal yazdırıb.

Azərbaycan hələlik 15-ci pillədə qərarlaşıb.

Sıralamada ilk üç yeri müvafiq olaraq Yaponiya, Fransa və Çin tutur.