Azərbaycan təmsilçisi "Qələbə Kuboku"nda 4 qızıl medal qazanıb

Azərbaycan təmsilçisi "Qələbə Kuboku"nda 4 qızıl medal qazanıb

Rusiyanın Moskva şəhərində "Maksima Stables" atçılıq klubunda "Qələbə Kuboku"nun finalı keçirilib.

Mediasport.az xəbər verir ki, yarış atçılığın dresaj növü üzrə cavan atlar (5-7 yaş) və böyük əsas atlar arasında baş tutub.

Azərbaycan idmançısı Aydın Əlibəyov cavan atlar arasında keçirilən yarışda uğurlu çıxışla yadda qalıb.

Təmsilçimiz bu kateqoriyada 4 qızıl medal qazanıb.