Aqata Zəhrabəyova Fransada beynəlxalq yarışın qalibi olub

Aqata Zəhrabəyova Fransada beynəlxalq yarışın qalibi olub

Atçılığın dresaj növü üzrə Azərbaycan millisinin üzvü Aqata Zəhrabəyova Fransanın Le Man şəhərində keçirilən CDİP kateqoriyalı beynəlxalq yarışda kubokun sahibi olub.

Mediasport.az xəbər verir ki, Belçika, Fransa, İsveçrə və İrlandiya daxil olmaqla, ümumilikdə 21 ölkənin iştirak etdiyi turnirin final mərhələsinə yüksələn idmançı rəqiblərini 75,9 faizlik balla qabaqlayaraq birinci yeri tutub.

Qeyd edək ki, ilin sonunadək daha bir neçə beynəlxalq turnirdə iştirakı planlaşdırılan Aqata Zəhrabəyova təlimlərini Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Almaniyanın Düsseldorf şəhərində davam etdirir.