Azərbaycan yığma komandası olimpiadada növbəti dəfə uduzdu

Azərbaycan yığma komandası olimpiadada növbəti dəfə uduzdu

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti oyununu keçirib.

Mediasport.az xəbər verir ki, yığmamız 5-ci tur çərçivəsində Avstraliya basketbolçuları ilə qarşılaşıb.

Komandamız bu dəfə də meydanı məğlub tərk edib - 12:21.

Millinin növbəti rəqibi Bakı vaxtı ilə saat 19:30-da rəqib Çin kollektivi olacaq.

Basketbolçularımız qrupda daha əvvəl İspaniyaya 16:18, Fransaya 10:15, Almaniyaya 8:12 hesabı ilə uduzublar, ABŞ millisinə isə qalib gəliblər - 20:17.