"Medalımı Azərbaycan xalqına həsr edirəm" - Paralimpiya çempionu
"Medalımı Azərbaycan xalqına həsr edirəm. Çox sevindirici haldır ki, dünya rekordunu yeniliyərək Paralimpiya çempionu oldum".
Mediasport.az xəbər verir ki, bunu Fransanın paytaxtı Parisdə keçirilən Paris Yay Paralimpiya Oyunlarında 1-ci yeri tutan Lamiyə Vəliyeva deyib.
Qaçış yarışlarında T13 kateqoriyasında 100 metr məsafəni hamıdan tez qət edən 22 yaşlı çempion bu yarışa qədər məşqlərinin yaxşı davam etmədiyini bildirib:
"Elə bilirdim ki, əvvəlki kimi deyiləm. Amma bu gün bir daha şahid oldum ki, Allah heç bir əziyyəti yerdə qoymur. Bu qızıl medal mənim və bütün komandamızın əziyyətinin bəhrəsidir. İdmana və Paralimpiyaya göstərdikləri diqqətə görə cənab Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm".
Xatırladaq ki, Vəliyeva "Tokio-2020"də eyni kateqoriyada 400 metr məsafəyə qaçış yarışında qızıl, 100 metr məsafəyə qaçış yarışında isə gümüş medala qazanıb.