Azərbaycan Olimpiya Oyunlarının medal sıralamasında neçəncidir?
Azərbaycanın Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının medal sıralamasında mövqeyi yenilənib.
Mediasport.az xəbər verir ki, ölkəmiz son olaraq taekvondoçumuz Qaşim Maqomedovun (58 kq) gümüş medal qazanmasından sonra cədvəldə 22-ci pilləyə qalxıb.
Komandamızın hesabında hələlik rəsmi olaraq 3 medal (2 qızıl, 1 gümüş) var.
Daha əvvəl cüdoçularımız Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar.
Boksçumuz Alfonso Dominges (92 kq) isə finala çıxdığı üçün azı gümüş medalı təmin edib. Onun mükafatının əyarı rəsmiləşmədiyindən hələlik hesablamada yer almayıb.
İlk "üçlük"də ABŞ (27 qızıl, 35 gümüş, 32 bürünc), Çin (25 qızıl, 23 gümüş, 17 bürünc) və Avstraliya (18 qızıl, 12 gümüş və 11 bürünc) qərarlaşıblar.
Hələlik 80 ölkənin mükafat əldə etdiyi olimpiadaya avqustun 11-də yekun vurulacaq.