"Sumqayıt" "Lənkəran"a uduzdu, bu gün daha iki qarşılaşma keçiriləcək

"Sumqayıt" "Lənkəran"a uduzdu, bu gün daha iki qarşılaşma keçiriləcək

Azərbaycan Basketbol Liqasında 2-ci turun oyunları davam edir.

Mediasport.az xəbər verir ki, dünən "Lənkəran" "Sumqayıt" üzərində qələbə qazandı (93:71).

Bu gün "Ordu" "Şəki" ilə qarşılaşacaq, "Sərhədçi" "Abşeron"u sınağa çəkəcək.

Hər iki duel Azərbaycan Basketbol Federasiyasının rəsmi "YouTube" kanalı vasitəsilə canlı yayımlanacaq.

"Ordu" - "Şəki" görüşünü "CBC Sport" telekanalından da izləmək mümkün olacaq.

Azərbaycan Basketbol Liqası. 2-ci tur

26 oktyabr

12:30 "Ordu" - "Şəki"

Bakı İdman Sarayı.

19:00 "Sərhədçi" - "Abşeron"

"Sərhədçi" İdman Mərkəzi.