"Yeni yerli və legionerlərlə birlikdə bambaşqa bir komanda olduq"
"Artıq 2 həftədir bütün komanda olaraq hazırlıqlarımızı davam etdiririk. "Neftçi" ilə oyuna qədər tam hazır olmaq istəyirik".
Mediasport.az xəbər verir ki, bunu "Naxçıvan" basketbol komandasının baş məşqçisi Murat Dikmen deyib.
Türkiyəli mütəxəssis yeni mövsüm öncəsi komandanı dəyişdiklərini bildirib:
"Yeni yerli və legionerlərlə birlikdə bambaşqa bir komanda olduq. Ötən ilki əsas heyətdən yalnız Cordon Perkins bizimlə birlikdədir.
Bu mövsüm daha fərqli basketbol sərgiləyəcəyik. Komanda olaraq daha sürətli oyuna üstünlük verəcəyik. Oyunçularımın hazırlıqlarından razıyam.
"Neftçi" ilə oyuna qədər tam hazır olmaq istəyirik. Komandamızın həm hücum, həm də müdafiə sisteminin möhkəmlənməsi üçün zamana ehtiyacı var. Qarşıdakı günlərdə yeni oyunçu transfer etmək istəyirik. Bütün kollektivimizdən razıyam".
Qeyd edək ki, "Naxçıvan" Azərbaycan çempionatının I turunda oktyabrın 18-də "Neftçi" ilə qarşılaşacaq.