Azərbaycandan ayrıldı, Rumıniya klubunda oynayacaq - RƏSMİ

Azərbaycandan ayrıldı, Rumıniya klubunda oynayacaq - RƏSMİ

"Səbail"dən ayrılan Nir Bardeanın yeni klubu müəyyənləşib.

Mediasport.az xəbər verir ki, 28 yaşlı mərkəz müdafiəçisi karyerasını Rumıniyada davam etdirəcək.

Rumıniya vətəndaşlığı olan israilli oyunçu "Şepşi"də oynayacaq.

Nir Superliqa təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.

Xatırladaq ki, 2023/2024-cü illər mövsümünü Bayıl klubunda keçirmiş Bardea 28 rəsmi oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.