Azərbaycandan ayrılıb Litva klubu ilə 1 illik müqavilə bağladı - RƏSMİ

Azərbaycandan ayrılıb Litva klubu ilə 1 illik müqavilə bağladı - RƏSMİ

"Araz-Naxçıvan"da ötən mövsüm kapitan sarğısını daşımış Numan Kurdiç Azərbaycandan ayrılıb.

Mediasport.az xəbər verir ki, bosniyalı Litvanın "Kauno" klubu ilə anlaşıb.

25 yaşlı müdafiəçi Jalgiris təmsilçisi ilə 1 illik müqavilə bağlayıb.

Xatırladaq ki, Kurdiç Naxçıvan klubunda 28 oyun keçirib, 1 qol vurub.