Azərbaycan Premyer Liqası klubu bu futbolçusu ilə yollarını ayırdı

Azərbaycan Premyer Liqası klubu bu futbolçusu ilə yollarını ayırdı

Yayda Maltanın "Hamrun" klubunu "Araz-Naxçıvan"a dəyişən Elvis Maşike Premyer Liqanın debütantından ayrılıb.

Mediasport.az saytına verilən məlumata görə, 30 yaşlı forvard komandadan hazırlığının aşağı səviyyədə olmasına görə göndərilib.

Gözləntiləri doğrultmayan konqolu hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

Qeyd edək ki, Maşike Azər Bağırovun komandasında ümumilikdə 9 oyun keçirib, 3 qolla yadda qalıb.

Klubdan saytımıza məlumatı təsdiqləyiblər.