Azərbaycanı Avropa Paralimpiya Oyunlarında 45 idmançı təmsil edəcək
Paralimpiya üzrə Azərbaycan milli komandası avqustun 5-21-də Niderlandın Rotterdam şəhərində keçiriləcək Avropa Paralimpiya Oyunlarında iştirak edəcək.
mediasport.az xəbər verir ki, “Paris-2024” 17-ci Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandıran yarışlarda ölkəmiz ümumilikdə 45 idmançı ilə təmsil olunacaq.
İdmançılar cüdo, boccia, qolbol, kamandan oxatma, güllə atıcılığı, taekvondo və badminton növlərində qüvvələrini sınayacaqlar.
Nümayəndə heyətinin missiya rəhbəri Leyli Aslanova təyin olunub. O, “Tokio-2020” Yay Paralimpiya Oyunlarında nümayəndə heyətinin missiya rəhbərinin müavini vəzifəsində çalışıb.