Azərbaycanı Cənubi Koreyada 3 parataekvondoçu təmsil edəcək
Azərbaycanı Koreya Açıq Beynəlxalq Turnirində təmsil edəcək parataekvondoçular müəyyənləşib.
Mediasport.az xəbər verir ki, Cənubi Koreyanın Çxunçxon şəhərində keçiriləcək yarışa Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) yollanacaq.
Yığma komanda baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında çıxış edəcək.