Ölkəmizi Mərakeşdə təmsil edəcək idmançıların adları açıqlandı
Fevralın 2-də Mərakeşdə start götürəcək boks üzrə "Qızıl kəmər seriyası" çərçivəsində ölkəmizi təmsil edəcək idmançıların adları açıqlanıb.
mediasport.az xəbər verir ki, fevralın 10-dək davam edəcək yarışda baş məşqçi Pedro Roke, məşqçilər Nəriman Abdullayev və Etibar Abdullayevin rəhbərliyi altında 10 boksçu mübarizə aparacaq.
Azərbaycanı Məsud Yusifzadə (51 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominges (92 kq) və Məhəmməd Abdullaye (+92 kq) təmsil edəcək.
Hakim qismində Rövşən Qədirov rinqə çıxacaq. Yığmamız fevralın 12-də Vətənə qayıdacaq. Yarışda 53 ölkədən 370-dən çox boksçu iştirak edəcək. Onlar 25 çəki dərəcəsi (13 kişi, 12 qadın) üzrə qalibləri müəyyənləşdirəcəklər. Turnirin püşkü fevralın 1-də atılacaq.