Erməni azərbaycanlı boksçu ilə döyüşməkdən imtina etdi

Erməni azərbaycanlı boksçu ilə döyüşməkdən imtina etdi

Polşanın Keltse şəhərində keçirilən boks üzrə beynəlxalq turnir davam edir.

mediasport.az xəbər verir ki, 16 ölkənin qatıldığı yarışın ikinci günündə Azərbaycan millisinin daha 3 üzvü mübarizəyə qoşulub.

Komandamızın heyətində Məsud Yusifzadə (51 kq) döyüş keçirmədən 1/2 finala yüksəlib. Buna 1/4 finalda rəqibi Armen Quşçiyanın (Ermənistan) görüşdən imtinası və rinqə çıxmaması səbəb olub. Yusifzadə finala gedən yolda macarıstanlı İştvan Qerzennı ilə üz-üzə gələcək. Döyüş noyabrın 12-də baş tutacaq.

Millinin uğurlu seriyasını Ümid Rüstəmov (57 kq) davam etdirib. Təcrübəli boksçumuz 1/4 finalda Tirzoman Eysebyu (Rumıniya) ilə qarşılaşıb və döyüşdən qalib ayrılıb. O, noyabrın 12-də keçiriləcək yarımfinalda Şon Persellə qüvvəsini sınayacaq.

75 kq çəki dərəcəsində mübarizə aparan Mirşərif Kazımzadə (75 kq) isə Bartoş Qolebyevskiyə (Polşa) uduzub.

Yarışın ilk günündə Eldar Quliyev (86 kq) də qələbə qazanıb. Turnirdə final döyüşləri noyabrın 13-də olacaq.